Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Elmi Şuranın 1 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2017-09-14

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2017/2018-ci tədris ili üçün ilk - 1 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

Sonra tədris işləri üzrə prorektor Vüqar İsmayılov magistr və bakalavr təhsil pilləsi üzrə 2017/2018-ci tədris ilində universitetin birinci kursuna tələbə qəbulunun yekunu və qarşıda duran vəzifələr haqqında məlumatla çıxış edib. Tədris şöbəsinin müdiri Piri Axundov isə yay imtahan sessiyasının nəticələri haqqında hesabat verib. Məlumat və hesabat müzakirələrdən sonra qəbul edilib.

Müxtəlif məsələlərin müzakirəsi zamanı elm və texnika üzrə prorektor Səbuhi Yusifov 2016/2017-ci tədris ili üzrə universitetin professor-müəllim heyətinin xidməti fəaliyyətinin reytinq cədvəlinin təqdimatını edib. İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Zaur Əliyev nəzərdə tutulan struktur islahatları, tədris işləri üzrə prorektor Vüqar İsmayılov isə bəzi kafedraların adlarının dəyişdirilməsi planları haqqında məlumat verib.

Ümimi şöbənin müdiri Mətləb Əliyev rəhbərlik etdiyi yeni yaradılmış struktur bölməsinin fəaliyyəti barədə çıxış edib. Elmi katib Mətanət Əhmədova mühazirə deyəcək assistentlərin siyahısını Elmi Şuranın müzakirəsinə təqdim edib. Siyahı müzakirələrdən sonra səsvermə yolu ilə təsdiq edilib.

Bununla da Elmi Şuranın 1 saylı iclası yekunlaşıb.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov