Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Qeydiyyatdan keçməyə tələsin!
Dərc edən: Admin Tarix: 2017-08-18

DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanan hər kəsi təbrik edir, təhsillərində uğurlar arzulayırıq.

Azərbaycan Texnologiya Universitetinə qəbul olanlar avqustun 15-dən 25-dək aşağıda göstərilən sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə ali təhsil almaqdan imtina etmiş hesab olunacaqlar.

1. Şəxsiyyət vəsiqəsi (surəti ilə birgə)
2. Attestat 
- İkinci dəfə ali təhsil almaq istəyənlər üçün ali təhsil haqqında diplomun əsli
- Kollecləri bitirənlər üçün orta ixtisas təhsili haqqında diplomun əsli
3. 4 ədəd 3x4 ölçüdə fotoşəkil
4. Oğlanlar üçün hərbi bilet və ya çağırışçı vəsiqəsinin 2 ədəd surəti
5. Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş haqqında qəbzin 2 ədəd surəti ( ödəniş “Kapital” bankın şöbələrində həyata keçirilir)
6. Məcburi köçkünlər və digər kateqoriyadan olan güzəştli şərtlərlə oxuyacaq tələbələr imtiyaz hüququ verən müvafiq sənədlərin notarial təsdiqli surətini təqdim etməlidirlər. Əks halda təhsil haqqı ilə bağlı güzəşt qüvvəyə minmir. 

    a
 
Yuxarı
  • Developed by: Ayaz Askerov