Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU “Yerində tarix” ekoturçularına ev sahibliyi edib
Dərc edən: Admin Tarix: 2017-08-16

Gəncədə təhsil alan tələbələr yay tətili ərzində növbəti dəfə "Qədim Alban abidələri" adlı ekoturda iştirak ediblər. Ekotur Gəncə şəhər İcra Hakimiyyətinin,YAP Gəncə şəhər Təşkilatının,  AMEA Gəncə Bölməsinin, şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gəncə Avropa Gənclər Paytaxtı- 2016” İctimai Birliyinin, Gəncədə yerləşən universitet və kolleclərin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycan Texnologiya Universitetinin (ATU) ev sahibliyi ilə təşkil olunan bu dəfəki “Yerində tarix” ekoturunun iştirakçıları Göygöl rayonunun Şəhriyar kəndinə səfər ediblər. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmək, tarixi abidələri yerində görərək biliklərini daha da zənginləşdirmək məqsədilə təşkil olunan gəzintidə kənd ərazisində yerləşən XIII və XVII əsrlərdən qalan Alban məbədləri ziyarət olunub. Abidələrin tarixi haqqında geniş məlumat verən tarixçi Cavid Bağırzadə abidələrin bu günə qədər bir çox dağıntıya məruz qalmalarına baxmayaraq öz quruluşunun bir hissəsini hələ də qoruyub saxladığını bildirib. Tarixçi həmçinin abidənin memarlıq quruluşuna və inşa xüsusiyyətlərinə görə bir hissəli bazilika tipli kompleksə aid olduğunu bildirib.

Ekoturda tələbələri tək qoymayan ATU-nun rektoru, professor Akif Süleymanov onlara şəxsi iş və həyat təcrübələri haqqında danışıb. Gənclərə öz uğur hekayəsi, naliyyətlərinin sirlərindən söhbət açan rektor onların çoxsaylı suallarını da cavablandırıb.

Sonra insan resursları üzrə mütəxəssis Vüsal Qasıomov tələbələrə “Bədən dili” adlı təlim keçib. Təlim zamanı fəallıq göstərənlərə, eləcə də tur zamanı keçirilən idman oyunları və intellektual yarışların qaliblərinə mükafatlar təqdim olunub. Qeyd olunub ki, “Yerində tarix”  layihəsi çərçivəsində təşkil olunan ekoturlarda iştirak edən gənclərə sertifikatlar veriləcək.

Tələbələr olduqca maraqlı, maarifləndiricivə əyləncəli hesab etdikləri aksiyanın keçirilməsinə görə bütün təşkilatçılara minnətdarlıq ediblər. Onlar qeyd edib ki, bu cür ekoturlar həm onların tarix biliklərinin əyani misallarla zənginləşməsinə, həm də fərqli təhsil müəssisələrində oxuyan tələbələr arasında  səmimi dostluq münasibətlərinin formalaşmasına imkan yaradır.         

 
Yuxarı
  • Developed by: Ayaz Askerov